Dəhşətli cinayətlər törədən qadın illər sonra polisə gedərək 4 övladını qətlə yetirdiyini deyib.
Mynews.az xəbər verir ki, 53 yaşlı Yaponiya vətəndaşı Mayumi Saito ölkənin qərb istiqamətində yerləşən Osaka əyalətində yaşayır. Qadın polis məntəqəsinə gedərək cinayətlərini etiraf edib və təslim olub.
Polisə verdiyi ifadəsində, qadın 1992-1997-ci illərdə dünyaya gətirdiyi körpələrini yaşadığı binanın aşağı hissəsində üzərlərinə beton tökərək basdırdığını deyib: "Maddi vəziyyətim yerində deyildi. Onlara baxa bilmirdim. Əziyyət çəkərək, acından öləcəkdilər. Anayam, onların əziyyət çəkməsini istəmədim".
Polis əməkdaşları ərazidə əməliyyat-axtarış tədbirləri keçirərkən, həqiqətəndə orada çürümüş cəsəd qalıqlarına rast gəliblər.
Qadının yaxınları ilə əlaqə yaratmağa çalışılsa da, heç bir nəticə olmayıb. Polislər 53 yaşlı qadını həbs edib.
Faktla bağlı cinayət işi açılıb. (publika.az)

1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub