USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Antiradar satanlar həbs olundu FOTO

13:00 23.11.2017
Antiradar satanlar həbs olundu FOTO
13:00 23.11.2017

Respublikanın avtomobil yollarında təhlükəsizliyin daha etibarlı təmin olunması, həmçinin sürət həddini ölçən xüsusi texniki vasitələrin işinə mane olan və istifadəsinə qanunla icazə verilməyən antiradarların satışını təşkil edən şəxslərin müəyyən edilərək ifşa olunması məqsədilə daxili işlər orqanları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mynews.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu tipli cihazların satışı ilə məşğul olan 3 nəfər - Zaur İbrahimov, Samir Doroşenko və Fuad Rüstəmli saxlanılıblar. Adları çəkilən şəxslər antiradarların satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Qeyd edək ki, avtomobil yollarında quraşdırılan radarlar sürücülərin sürət həddini aşmalarının qarşısını alan ölçü cihazlarıdır. Avtomobilə quraşdırılan antiradarlar isə sürücünün müəyyən olunmuş sürət həddini aşmasına şərait yaradır ki, bununla da həmin sürücü özünün və digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaratmış olur.

Sürücülərin diqqətinə çatdırılır ki, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə süni əngəl yaradan cihazlardan istifadəyə görə sürücü məsuliyyət daşıyır. Bu cür avadanlıqlardan istifadə edən sürücülər İnzibati Xətəlar Məcəlləsinin 342.9-cu maddəsinin tələbi ilə həmin antiradar cihazları müsadirə olunmaqla 500 manatdan 800 manata qədər cərimə edilirlər.

Odur ki, sürücülərə antiradarların satışı ilə məşğul olan bəzi işbazların toruna düşməmək üçün sürət həddini ölçən xüsusi texniki vasitələrin işinə mane olan cihazları almamaq tövsiyə olunur.


Xəbər lenti

300x200r