Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını döyərək öldürməkdə təqsirləndirilən Namiq Əkbərzadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, zərərçəkmiş tərəfin vəkili cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. İclas martın 3-dək təxirə salınıb.
İttihama görə, 2016-cı ilin oktyabr ayında Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən mənzildə yaşayan Dilarə Hüseynova açıq kəllə-beyin travması, baş beyinin ağır əzilməsi, alın sümüyünün sınığı, döş qəfəsinin hematoması, qabırğaların sınığı diaqnozu ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.
Araşdırma zamanı məlum olub ki, N.Əkbərzadə həyat yoldaşını taxta ilə döyərək qətlə yetirib. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ölümə səbəb olduqda) maddəsi ilə ittiham olunur.
Döyülərək öldürülən D.Hüseynova Bakı Biznes və Koorperasiya Kollecində müəllim işləyirmiş. Onların 6 və 9 yaşlarında övladları var. N.Əkbərzadə isə Moskvada ticarətlə məşğul olurmuş.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub