Noyabrın 23-də səhər saat 7:00 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində yolu keçən paytaxt sakinləri Azər Əhmədov, həyat yoldaşı Olqa və iki azyaşlı övladı müəyyən edilməyən avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, qəzanı törədən sürücü piyadalara heç bir yardım göstərmədən hadisə yerindən qaçıb. Yaralılar digər şəxslərin köməyi ilə xəstəxanaya yerləşdirilib hazırda vəziyyətləri qənaətbəxşdir.
Qəza barədə Sabunçu Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olan kimi istintaq-əməliyyat qrupu hadisə yerinə çıxıb, müvafiq müayinələr aparılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “VAZ 2107” markalı avtomobillə törədildiyi müəyyən edilib və dərhal görülmüş tədbirlərlə Sabunçu rayonunun Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tofiq Qədirov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim olunub. Onun “VAZ 2107” markalı nəqliyyat vasitəsi evinin həyətindən aşkar edilərək müvəqqəti mühafizə olunan duracağa yerləşdirilib.
Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub