Azərbaycan-İran sərhədi yaxınlığında, İran Biləsuvarında avtomobil çaya aşıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, İran Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Möhsin Sadiqi hadisənin Biləsuvarın Cəfərabad məntəqəsində baş verdiyini deyib.
O bildirib ki, "Peugeot” markalı avtomobilin "Peykan” markalı avtomobillə toqquşmasından sonra "Peykan” 6 sərnişinlə birlikdə çaya düşüb.
Nəticədə 4 nəfər ölüb, 2 nəfər xilas olub. Ölənlərdən iksi uşaqdır.