Masallı rayonunda avtomobil qaçıran şəxsin üzərindən narkotik aşkar edilib.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, Masallı rayonunun Ərkivan qəsəbə sakini Hüseynağa Cəfərov rayon Polis Şöbəsində müraciət edərək noyabrın 22-də axşam saatlarında ona məxsus "VAZ21011" markalı avtomobilin qaçırıldığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə həmin avtomobilin Ərkivan qəsəbə sakini, 39 yaşlı Müçtəba Sadıxovun qaçırdığı müəyyən olunub.
Görülmüş tədbirlərlə avtomobil Boradigah kəndi istiqamətində hərəkətdə olarkən saxlanılıb və sürücü ilə birlikdə RPŞ-yə gətirilib. M.Sadıxovun üzərinə baxış keçirilərkən heroin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub