Bakıda iki avtomobilin toqquşması nəticəsində yoldan keçən piyada xəsarət alıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Nərimanov rayonunda baş verib.
Pərvin Aslanov idarə etdiyi "Ford" markalı avtomobillə Fətəli Xan Xoyski küçəsində hərəkətdə ikən piyada zolağının qarşısında qəfil əyləci basıb. Bu zaman arxadan gələn və 1987-ci il təvəllüdlü Səmədov Niyazi Arif oğlunun idarə etdiyi "Hyundai İX 35" markalı avtomobil ona çırpılıb. "Ford" isə zolaqdan keçən piyadaya dəyib. Nəticədə yolu keçən orta yaşlı qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub