Qəbələdə iki avtomobilin toqquşması nəticəsində 8 nəfərin xəsarət aldığı açıqlanıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, ötən gecə saat 1:00 radələrində Oğuz-Qəbələ yolunda 90-NB-811 dövlət nömrə nişanlı, "Toyota Rav 4" markalı avtomobillə 66-BV-214 dövlət nömrə nişanlı, "VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində “VAZ 2107”nin sürücüsü Qəbələnin Mıxlıqovaq kənd sakini, 1992-ci il təvəllüdlü İsmayılov Sirus Müşfiq oğlu və sərnişini 1994-cü il təvəllüdlü Səmədov Rufan Əflatun oğlu hadisə yerində ölüb.
“Toyota Rav 4”-ün sürücüsü, Bakının Nəsimi rayon sakini, 1960-cı il təvəllüdlü Xəlilov Məcid Feyzulla oğlu, onun Bakı sakinləri olan sərnişinləri - 1959-cu il təvəllüdlü Xəlilova İradə Abbas qızı, 1987-ci il təvəllüdlü Qasımov Orxan Vaqif oğlu, 1990-cı il təvəllüdlü Elşən Əhmədov, “VAZ 2107”-də olan sərnişinlər, Qəbələ sakinləri - 1977-ci il təvəllüdlü Tərlan Alıcanov, 1991-ci il təvəllüdlü Rüstəm Mahmudov, 1997-ci il təvəllüdlü Hacı Hacıyev, 1997-ci il təvəllüdlü Rəvan Zərbəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcili yardım stansiyasının avtomobilləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanası və Qəbələ Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar.
Hazırda onların vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
1
AYNA Balakəndə 10 milyona kanat yolu çəkir
395 dəfə oxunub
2
Sosial mediada qadın sürücü ilə bağlı yayılan görüntülərə RƏSMİ CAVAB
372 dəfə oxunub
3
Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir - Prezident
367 dəfə oxunub
4
Qəzada həlak olan dostlar yan-yana torpağa tapşırıldılar: "Ailə məhv oldu" - VİDEO
355 dəfə oxunub
5
İlham Əliyev fərman imzaladı
353 dəfə oxunub