Azərbaycanda 2 yaşlı qız batareya udub. Xoşbəxtlikdən uşağın həyatını xilas etmək mümkün olub.
Mynews.az xəbər verir ki, bununla bağlı Ailem.az-a məlumat verən tanınmış uroloq, cərrah Fuad Hüseynov bildirib ki, valideynləri hadisədən dərhal sonra yaşadıqları rayon xəstəxanasına müraciət ediblər: "Orda həkimlər batareyanı çıxarmaq üçün saatlarla çalışsalar da, cəhdləri uğursuz alınıb. Bu çalışmalar nəticəsində yemək borusunun alt hissəsindəki batareyanı yuxarı qaldıra biliblər ki, bu da uşaq üçün, sözün əsl mənasında, ən azından həyat qurtarıcı hal olub. Batareya eyni yerdə qalsaydı, qida borusunun divarını tamamilə yandırardı”.
Həkimin sözlərinə görə, ailə həyəcanla, övladlarını itirmək qorxusu ilə hadisədən 7-8 saat keçdikdən sonra onlara müraciət edib: “Özofoqoskopla, yəni işıqlı alətlə yemək borusuna girilərək ciddi texniki çətinliklərlə yemək borusuna pərçimlənmiş təqribən 2 sm ölçüsündə olan batereya çıxarıldı. Qida borusunda ciddi yanıq olduğu üçün ən böyük təhlükəmiz borunun deşilməsi idi. Əməliyyatdan sonra çəkilmiş rentgendə hər şeyin normal olduğu görüldü. Beləliklə, uşaq tam sağlam şəkildə evə yola salındı”.
F.Hüseynov deyir ki, yanan yemək borusu üçün ən böyük təhlükə daralmadır və bunun da olub-olmayacağı qarşıdakı günlərdə bilinəcək.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub