Göyçay rayonunda yol qəzası baş verib.
Mynews.az report-a istinadən xəbər verir ki, hadisə Göyçay-Bərgüşad avtomobil yolunun 5-ci kilometrliyində qeydə alınıb.
Belə ki, Göyçay rayonunun Kürdəmiş kənd sakini, 1991-ci il təvəllüdlü Ramal Ramiz oğlu Həşimov idarə etdiyi "VAZ-2106" markalı avtomobili ilə hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən Ulaşlı-Şıxlı kənd sakini Emil Zakir oğlu Abışovun idarə etdiyi "VAZ-2107" markalı maşın tərəfindən vurulub. Nəticədə "VAZ-2106"nın sərnişi, Oğuz rayonunun Qumlax kənd sakini, 1988-ci il təvəllüdlü Hümbət Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub