USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Azərbaycanda 2 yaşlı qız batareya uddu "Qida borusu yanıb..." - FOTO

23:31 27.11.2017
Azərbaycanda 2 yaşlı qız batareya uddu "Qida borusu yanıb..." - FOTO
23:31 27.11.2017

Azərbaycanda 2 yaşlı qız təzə batareyanı udduğu üçün təhlükəli vəziyyət yaşayıb. Xoşbəxtlikdən uşağın həyatını xilas etmək mümkün olub.

Mynews.az əbər verir ki, bununla bağlı ailem.az-a məlumat verən tanınmış uroloq, cərrah Fuad Hüseynov bildirib ki, valideynləri hadisədən dərhal sonra yaşadıqları rayon xəstəxanasına müraciət ediblər: "Orda həkimlər batareyanı çıxartmaq üçün saatlarla çalışsalar da, cəhdləri uğursuz alınıb. Bu çalışmalar nəticəsində sadəcə yemək borusunun alt hissəsindəki batareyanı yuxarı qaldıra biliblər ki, bu da uşaq üçün sözün əsl mənasında ən azından həyat qurtarıcı hal olub. Batareya eyni yerdə qalsaydı, qida borusunun divarını tamamilə yandırardı".

 
Həkimin sözlərinə görə, ailə həyəcanla, övladlarını itirmək qorxusu ilə hadisədən 7-8 saat keçdikdən sonra onlara müraciət edib: "Özofoqoskopla, yəni işıqlı alətlə yemək borusuna girilərək ciddi texniki çətinliklərlə yemək borusuna pərçimlənmiş təqribən 2 sm ölçüsündə olan batereya nəhayət çıxarıldı. Qida borusunda ciddi yanıq olduğu üçün ən böyük təhlükəmiz borunun deşilməsi idi. Əməliyyatdan sonra çəkilmiş rentgendə hər şeyin normal olduğu görüldü. Beləliklə, uşaq tam sağlam şəkildə evə yola salındı".
 
F.Hüseynov deyir ki, yanan yemək borusu üçün ən böyük təhlükə daralmadır və bunun da olub-olımayacağı qarşıdakı günlərdə bilinəcək.

Azərbaycanda 2 yaşlı qız batareya uddu: "Qida borusu yanıb..." - FOTO


Xəbər lenti

300x200r