Noyabrın 27-nə keçən gecə Bakının Sabunçu rayonunun İkinci Zabrat qəsəbəsində törədilmiş qətllə bağlı bəzi məqamlar üzə çıxıb.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, Zabrat sakini, 1994-cü ildə anadan olmuş Qasımov Zaur Akif oğlunun Naxçıvan sakini, 1995-ci il təvəllüdlü Məmmədov Xəyal Qorxmaz oğlunu münaqişə zəminində öldürdüyü ortaya çıxıb.
İlkin araşdırmalardan sonra məlum olub ki, hər iki şəxs bir-birilərini daha əvvəldən tanıyıb və İkinci Zabrat qəsəbəsində yaşayıblar. Təxminən 10 gün əvvəl internet klubda onlar arasında mübahisə düşüb. Bu zaman gəncləri yaxınlıqdakı şəxslər sakitləşdirib. Bir neçə gün sonra isə onlar həmin ərazidə yenidən rastlaşıblar və Zaur Xəyalı kənara çağırıb. O, özü ilə gətirdiyi bıçaqla 22 yaşlı Xəyalın döş qəfəsinə öldürücü zərbə vuraraq qaçıb. Köməyə gələn şəxslər Xəyalı xəstəxanaya çatdırsa da, artıq gec olub.
Zaur Qasımov hadisədən bir neçə saat sonra tutulub və törətdiyi əməli etiraf edib.
1
Bakıda avtomobildə gənc oğlanın meyiti tapılıb
1058 dəfə oxunub
2
Uşaqların sosial media asılılığı: Tarixi məhkəmə prosesi başladı
1049 dəfə oxunub
3
Sosial şəbəkələrdə saxta kredit elanları verən şəxs saxlanıldı
1049 dəfə oxunub
4
Bakıda avtobusda sərnişin ÖLDÜ
1047 dəfə oxunub
5
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblər AZADLIĞA BURAXILIRLAR
1038 dəfə oxunub