Fiziki və hüquqi şəxslərə məxsus bütün mülkiyyət formalarında olan obyektlər və mənzillər Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin (BMİ) əməkdaşları tərəfindən qorunur. Mynews.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu istiqamətdə Abşeron Rayon Mühafizə İdarəsinin (RMİ) əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə, o cümlədən mülkiyyət əleyhinə olan oğurluq cinayətlərinin qarşının vaxtında alınması sahəsində növbəti uğurlu tədbir həyata keçirilib. Belə ki, gecə saatlarında Masazır qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
Dərhal Abşeron RMİ-nin xidmətdə olan tutucu qrupunun əməkdaşları hadisə yerinə çıxıb. Obyektə baxış zamanı mağazanın qapısının, həmçinin dəmir barmaqlıqlarının naməlum şəxslər tərəfindən sındırıldığı və oğurluğa cəhd olunduğu müəyyən edilib. Həmin şəxslər hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib. Araşdırma zamanı məlum olub ki, oğurluğa cəhd göstərən şəxslər Laçın rayon sakini əvvəllər məhkum olunmuş Elxan İsayev və Ağdam rayon sakini Ceyhun Abbasovdur.
İlkin araşdırma zamanı onlar Abşeron rayonu ərazisində 15 fərdi yaşayış evindən oğurluq etdiklərini də etiraf ediblər. Göstərilən faktla bağlı araşdırmalar və zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub