Paytaxtın Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.
Mynews.az ARB TV-yə istinadla xəbər verir ki, hadisə anbaan nəzarət kameraları vasitəsi ilə lentə alınıb.
Gecə saat 4 radələrində iki nəfər naməlum şəxs Gənclik metrosunun yaxınlığında yerləşən texniki avadanlıqlar satışı ilə məşğul olan mağazadan oğurluq edib. Onlar əvvəlcə mağazanın qarşısında bir qədər müşahidə aparıblar, daha sonra qapını açıblar. Oğrulardan biri küçədə pusquda durub, digəri isə içəri girərək kassanı qırıb. Gənc oğlan kassadan olan pulları götürüb, mağazanı tərk edir. Daha sonra dostu ilə birgə hadisə yerindən uzaqlaşıb.
Hazırda mağazaya dəyən ziyan və oğruların kimliyi araşdırılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub