Mingəçevir şəhərində içərisində 150 min manatdan çox qızıl-zinət əşyaları olan avtomobil qaçırılıb.
Mynews.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, ticarət mərkəzi yaxınlığındakı qızıl mağazasının qarşısında qeydə alınıb.
Mingəçevir şəhər sakini, qızıl mağazasının sahibi 55 yaşlı Azər Müzəffərov axşam saatlarında həmişə olduğu kimi dükandakı bütün qızıl-zinət əşyalarını xüsusi çantaya yığaraq “VAZ-2107” markalı avtomobilinə qoyub işə saldıqdan sonra obyekti bağlamağa gedib. Bu zaman avtomobil naməlum şəxs tərəfindən qaçırılıb. Avtomobil Yevlaxın Havarlı kəndində aşkar edilib. Lakin qızıl-zinət əşyaları yerində olmayıb.
Faktla bağlı araşdırmalara və əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub