Şəmkirdə piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, rayonun Muxtariyyə kəndində hələlik markası və sürücüsünün kimliyi məlum olmayan avtomobil yolu keçmək istəyən iki qadını vurub. Qadınlar aldıqları xəsarətdən hadisə yerində ölüblər. Sürücü hadisə yerindən qaçıb.
Qadınların istixanada işləməyə getdiyi məlum olub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.