Bakının Yasamal rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Mynews.az Report-a istinadən xəbər verir ki, "Statistika dairəsi" kimi tanınan ərazidə "Kia Sportage" markalı avtomobilin sürücüsü yüksək sürətlə dönmə əməliyyatı edən zaman idarəetməni itirib.
Nəticədə avtomobil yol kənarında olan işıq diyərinə çırpılıb. İşıq dirəyini aşıran avtomobilin daha sonra arxa təkər sistemi qırılıb və nəqliyyat vasitəsi yoldan çıxıb.
Qəza zamanı sürücü yüngül bədən xəsarətləri alıb. O, "Kia"nın dövlət qeydiyyat nişanını çıxararaq hadisə yerindən qaçıb. Polis əməkdaşları qəza baş verən ərazidə olublar. Hazırda avtomobilin sahibi müəyyənləşdirilir.
Faktla əlaqədar başlanılan araşdırmalar davam etdirilir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub