Rusiyanın Orsk şəhərində birlikdə yaşadığı qadını və 4 yaşlı qızını öldürən Rauf Qardaşova ömürlük həbs cəzası verilib.
Mynews.az xəbər verir ki, məhkəmənin qərarına əsasən, 33 yaşlı azərbaycanlı cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, 2016-cı ilin noyabrın 2-də Qardaşovun 35 yaşlı həyat yoldaşı və dörd yaşlı qızının meyiti tapılıb. Qətlə yetirilənlərin meyitini öldürülən qadının anası aşkar edib və polisə bildirib. Qadına 20 bıçaq zərbəsi vurulmuş, qızın isə boğazı kəsilmişdi.
Polis tərəfindən saxlanıldıqdan sonra Qardaşı törətdiyi cinayəti boynuna almışdı. Onun sözlərinə əsasən, barışmaq üçün evə qayıdıb, lakin sonradan qısqanclıq zəminində yoldaşını bıçaqlayıb. 4 yaşlı qızının qonşu otaqdan çıxdığını görən Qardaşov onu da öldürmək qərarına gəlib. O bildirib ki, qızının uşaq evinə göndərilməsini istəməyib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub