Ağdaş rayonunda avtomobil qəzası zamanı ölən və xəsarət alanların adları məlum olub.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 11:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaşın Xosrov kəndi ərazisindən keçən hissəsində 90 AP 222 dövlət nömrə nişanlı, “Nissan” və 12 BE-706 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində Ağdam rayonundan olan məcburi köçkün və Tərtərdə məskunlaşan 2015-ci il təvəllüdlü Sehirli Cihan Habil qızı, Ağdaşın Ərəb kənd sakini, 1957-ci il təvəllüdlü Məhərrəmova Tehranə Allahverdi qızı ölüb.
Qəza nəticəsində Ucar rayon Polis Şöbəsinin rəisi, Qəbələ rayon sakini, 1966-cı il təvəllüdlü Abdıyev Etibar Tofiq oğlu və sürücüsü Raqil adlı polis serjantı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Polis şöbəsinin rəisi, polkovnik Etibar Abdıyevin qollarının sındığı və döş qəfəsinin əzildiyi, sürücüsünün isə yüngül xəsarət aldığı bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
1
Prezident ailəsinin Trampla FOTOLARI
1090 dəfə oxunub
2
Nazirlik aktyora 657 min manat ödəyəcək
1083 dəfə oxunub
3
Prezident tarixi sənədi imzaladı – VIDEO
1060 dəfə oxunub
4
Azərbaycanda yalnız bu şəxslər aptek işlədə biləcək – Yeni qərar
1041 dəfə oxunub
5
Qələbə qazanan “Qarabağ”ın qazancı açıqlandı
1037 dəfə oxunub