Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən fərdi evlərin birindən oğurluq edilib.
Mynews.az bildirir ki, Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 14-cü Polis Bölməsinə (PB) müraciət edən şikayətçi evdə olmadığı müddətdə naməlum şəxslərin onun mənzilindən 4800 manat oğurladığını bildirib.
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri – Adil Həsənov, onun qohumu Həmidağa Rəhimov və Akif Hüseynov saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, dəstə üzvlərinə qeyd edilən mənzildən oğurluq etmək təklifi zərərçəkən qadının qonşusu H.Rəhimov tərəfindən verilib. Evə isə A.Həsənov daxil olub və onlar sonradan görüşərək oğurlanan pulu aralarında bölüblər.
Qeyd edilən faktlarla bağlı Sabunçu RPİ İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub