Əli Həsənovun nəvəsinin məhkəməsinə jurnalistlər buraxılmadı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi keçirilir.
Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin icraatında olan prosesdə baxış iclası baş tutacaq.
Lakin məhkəmənin qapısından əsgər postunda jurnalistlər binaya buraxılmayıb. Polislər də media nümayəndələrini qapıdan uzaqlaşdırıblar. Bildirilib ki, jurnalistlərin N.Allahverdiyevin məhkəməsinə buraxılmaması üçün rəhbərlikdən tapşırıq verilib.
Qeyd edək ki, N. Allahverdiyev bu il avqustun 3-də saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yüksək sürətlə idarə etdiyi “Mercedes-Gelandewagen” markalı avtomobillə qəza törədib. Nəticədə 2 nəfər ölüb, 2 nəfər isə ağır xəsarət alıb. O, həmçinin hadisə yerindən qaçmaqda ittiham edilir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub