Mingəçevir şəhərində sahibkara hücum olub.
Mynews.az Report-a istinadən xəbər verir ki, əllərində ağac və bel ("lapatka") olan bir qrup naməlum şəxs çörək sexinin qarşısında sahibkarlıqla məşğul olan 1965-ci il təvəllüdlü Əliyev Elşən Şirin oğluna hücum edərək onu döyüb.
Hadisə E.Əliyev “Lund Cruiser” markalı avtomobilindən düşərək sahibi olduğu çörək sexinə getmək istəyən zaman baş verib.
İş adamı ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, E.Əliyev Tərtər rayon sakinidir və Mingəçevirdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Hücumun hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub