Cari il noyabrın 27-də Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi" Xidmətindən İmişli RPŞ-yə rayon sakini Qorxmaz Şirinova məxsus mənzildən 4 min manat dəyərində qızıl-zinət əşyalarının və 1500 ABŞ dollarının oğurlanması barədə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mynews.az-a verilən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Cahid Quliyev və həmyerlisi Bəhruz Musayev saxlanılıblar.
RPŞ-də aparılan araşdırmalar zamanı hər iki şəxs törətdikləri əməli etiraf ediblər. Ətraflarında aparılan tədbirlərlə onların oğurladıqları qızıl-zinət əşyalarının müəyyən qismini Bakıda satdıqları məlum olub.
Özlərində saxladıqları qızıl-zinət əşyaları isə maddi sübut kimi götürülüb.
Faktla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
1
“Neftçi” “Kəpəz”ə qalib gəldi
1079 dəfə oxunub
2
Sudanda 3 gün ərzində 6 mindən çox insan öldürüldü
1067 dəfə oxunub
3
İmtahan cavabları nə zaman açıqlanacaq?
1065 dəfə oxunub
4
“Qarabağ” – “Nyukasl” matçının hakimləri açıqlandı
1017 dəfə oxunub
5
Gəncədə tələbə qızlar dəm qazından zəhərləndi
1007 dəfə oxunub