Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında cibgirliklə məşğul olan şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyindən BiG.AZ-a verilən məlumata görə, Bakı şəhər sakini Rəna Hacıyevanın, Neftçala rayon sakini Səid Qurbanovun və bir əcnəbi vətəndaşın Metropolitendə Polis Şöbəsinə mobil telefonlarının oğurlanması barədə müraciətləri əsasında başlanan əməliyyat-axtarış tədbirləri ilə bu cinayəti törətməkdə şübhəli bilinən şəxs dekabrın 1-də metronun "Elmlər Akademiyası” stansiyasında saxlanılıb.
Araşdırmalarla paytaxt sakini, əvvəllər məhkum olunmuş İlham Axundovun noyabrın 24-dən dekabrın 1-dək olan müddətdə metronun müxtəlif stansiyalarında cibgirlik yolu ilə "Samsung”, "Samsung Galaxy Note5” və "İphone-6S” markalı 3 mobil telefonu oğurlaması müəyyən edilib.
Baxış zamanı onun üzərindən maddi sübut kimi götürülmüş "İphone-6S” markalı mobil telefonun əcnəbi vətəndaşa məxsus olduğu üzə çıxıb.
Faktla bağlı Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.
İ.Axundovun digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

1
“Neftçi” “Kəpəz”ə qalib gəldi
1079 dəfə oxunub
2
Sudanda 3 gün ərzində 6 mindən çox insan öldürüldü
1067 dəfə oxunub
3
İmtahan cavabları nə zaman açıqlanacaq?
1065 dəfə oxunub
4
“Qarabağ” – “Nyukasl” matçının hakimləri açıqlandı
1017 dəfə oxunub
5
Gəncədə tələbə qızlar dəm qazından zəhərləndi
1007 dəfə oxunub