2 azyaşlı uşaq evdə yanaraq dünyasını dəyişib.
Milli.Az bildirir ki, hadisə səhər saatlarında Salyanın Şorsulu kəndində, Novruz Bəhramiyə məxsus evdə baş verib. Hadisə baş verən zaman mənzildə 3 az yaşlı uşaq olub. Onlardan biri, 3 yaşlı Əli yuxudan oyanaraq çölə çıxsa da, bacıları 4 yaşlı Ceyran və 5 yaşlı Fatimə yatdıqları otaqda qalıblar. Uşaqların atası Novruz Bəhrami isə rayon mərkəzində olub. Onun həyat yoldaşı da həyətdə təsərrüfat işləri ilə məşğul olduğundan yanğından gec xəbər tutub. Evin arakəsmə və tavanında taxta və quru qamışdan çox istifadə edildiyindən alovlar sürətlə yayılıb. Köməyə ilk gələn ev sahibinin qonşuluqda yaşayan qardaşı olub.
Alovları yalnız iki saat sonra sondurmək mümkün olub.. Hadisə nəticəsində Fatimə və Ceyran bacıları yanaraq ölüb. Evdən heç bir əşyanı da çıxarmaq mümkün olmayıb.
Sabirabadda baş verən yanğın isə bir nəfər qadının ölümü ilə nəticələnib. Rayonun Nərimankənd kəndində üstü qamışla örtülmüş fərdi yaşayış evində yanğın olub.
55 yaşlı Kübra Qarayeva yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmiş halda yanan evdən çıxarılıb və hadisə yerinə cəlb olunmuş həkim briqadasına təhvil verilib.
Kübra Qarayeva xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hər iki faktla bağlı araşdırma aparılır. /xezerxeber.az
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub