Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də toy karvanında qaydaları kobud pozan sürücülər var. Hətta bu qayda pozuntusu fonunda avtomobillərin nömrə nişanlarını da xüsusi dəyişikliklər etməklə gizlətməyə çalışırlar. Bu cür sürücülər yollarda qəza şəraiti yaradır, ya da özləri qəzaya düşürlər. Nəticədə də ailənin şad günü dönüb olur kədərli gün.
Mynews.az Xəzərxəbər-ə istinadla bildirir ki, belə bir fakt Ağdaş rayonunda olub.
Qoşa xəttin tələbini pozan kim, təhlükəli manevrlər edib digər hərəkət iştirakçılarına təhlükə yaradan kim.
Görüntülər Ağdaş rayonunun mərkəzində toy karvanında lentə alınıb. Ən çox ''VAZ-2107'' markalı avtomobillərin yer aldığı ''kortej''də sürücülər yol hərəkəti qaydalarına məhəl qoymurlar. Təhlükəli manevrlər etməklə 'avtoş''luqlarını nümayiş etdirilər. Qoşa xəttin tələbini pozaraq əsas prospektdə qarşıdan gələn nəqliyyata mane olan sürücülər qadağan edilmiş yüksək avazlı səs siqnalından da istifadə edirlər.
Həmin sürücülər təxminən 7-8 kilometr məsafədə bəy-gəlin maşınını bu şəkildə müşayiət edirlər. Yolun hərəkət zolaqlarını tutur, üstəlik, yolayrıclarını necə gəldi, keçirlər. Görüntüləri izləyən yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov da bunun kobud qayda pozuntusu olduğunu deyir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub