Dekabrın 3-nə keçən gecə Nərimanov rayonu ərazisindən Bakı şəhər sakini Ramil Hüseynova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə DİN-in “102 Zəng Mərkəzi”nə məlumat daxil olub.
DİN-dən Mynews.az-a verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil saat 2:00 radələrində paytaxtın Nizami rayonu ərazisində qabaq hissəsi əzilmiş vəziyyətdə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin və Nizami RPİ 25-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onu idarə edərək hadisəni törətməkdə şübhəli bilinən şəxs avtomobillə birgə 18-ci Polis Bölməsinə təhvil verilib.
Araşdırmalarla həmin şəxsin Biləsuvar rayon sakini Şahin Cavadov olması və onun dekabrın 3-nə keçən gecə “Mercedes” və “Niva” markalı 2 avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərməsi də müəyyən edilib.
Araşdırma aparılır.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub