USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Avtomobil oğrusu saxlanıldı

14:01 04.12.2017
Avtomobil oğrusu saxlanıldı
14:01 04.12.2017

Dekabrın 3-nə keçən gecə Nərimanov rayonu ərazisindən Bakı şəhər sakini Ramil Hüseynova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə DİN-in “102 Zəng Mərkəzi”nə məlumat daxil olub.

DİN-dən Mynews.az-a verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil saat 2:00 radələrində paytaxtın Nizami rayonu ərazisində qabaq hissəsi əzilmiş vəziyyətdə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin və Nizami RPİ 25-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onu idarə edərək hadisəni törətməkdə şübhəli bilinən şəxs avtomobillə birgə 18-ci Polis Bölməsinə təhvil verilib.

Araşdırmalarla həmin şəxsin Biləsuvar rayon sakini Şahin Cavadov olması və onun dekabrın 3-nə keçən gecə “Mercedes” və “Niva” markalı 2 avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərməsi də müəyyən edilib.

Araşdırma aparılır.


Xəbər lenti