Fövqəladə Hallar Nazirliyi (FHN) Qaradağ rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Yenicag.az-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, paytaxtın Qaradağ rayonunda “Mercedes“ markalı yük avtomobili ilə eyni markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat nəticəsində minik avtomobilinin sürücüsü Hüseynov Sakit Nuru oğlu və sərnişinlər Hüseynova Telnaz Şiraslan qızı, Hüseynova Samirə Sakit qızı və Hüseynova Selcan Vüqar qızının cəsədləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Yenicag.az-ın məlumatına görə, qəzada ölənlər arasında 6 yaşlı uşaq da var.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub