Bu gün səhər saatlarında Salyan şəhərinin Ə.Zeynalov küçəsindəki evlərdən birində yerləşən lombarda naməlum şəxs tərəfindən basqın olub.
Mynews.az -ın məlumatına görə, lombardın sahibi Elman Şahsuvarova məxsus həyətə daxil olan naməlum şəxs onun işçisi, baldızı - 47 yaşlı Bədəlova Xanım Eldar qızını bıçaqla hədələyərək qızıl verməsini tələb edib. Qadın onun tələbini yerinə yetirdikdən sonra həmin naməlum şəxs ona üzərində olan bıçaqla qarın nahiyəsindən xəsarət yetirib.
Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Xanım Bədəlova hazırda əməliyyata götürülüb, vəziyyəti orta ağırdır.
Polisin həyat keçirdiyi operativ əməliyyat-axtarış tədbirləri nəticəsində lombarda basqın edən şəxs saxlanılıb.
Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxs Salyan şəhər sakinidir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub