Göyçay rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 12:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 211-ci kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb.
“Range Rover” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində bir ailənin üzvləri, İsmayıllı rayonu Hacıhətəmli kənd sakinləri - 1962-ci il təvəllüdlü Yediyarov Əlfəddin Qəhrəman oğlu, 1955-ci il təvəllüdlü Yediyarov İzafəddin Qəhrəman oğlu, 1957-ci il təvəllüdlü Yediyarova Gülsənəm Səhrab qızı, 1961-ci il təvəllüdlü Yediyarova Nazeka Əşrəf qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub