ARB TV-nin "Rezonans" verilişinin növbəti buraxılışında bacısının evindən oğurluq edən məhkum Əli Mahmudovun həbsxana hekayələri təqdim olunub.
Əli Mahmudov (cəzası 8 il): "Artıq 4 ildir ki, həbsxanadayam. Mebel ustası işləyirdim və pis də qazanmırdım. Rusiyaya işləmək üçün bacımgilə getdim. Onlar mənə məsləhət gördü ki, vətəndə qalıb işləyim. Tez-tez içki içirdim. Məni geri əliboş qaytaranda incidim. Acıq çıxmaq qərarına gəldim. Pislik eləmək istəmirdim. Sərxoş vəziyyətdə idim və onun təsirilə elədim. Qızılları var idi və onları lombarda verdim.
50 minə yaxın pul elədi. Evə pul aparmadım. Kafelərdə, restoranlarda hamısını xərclədim. Ailəmin yanında utanıram. Mənim əl izim dolaba düşdüyü üçün oradan tapıblar. Bacım şikayətçi olmaq istəmirdi, amma ortada cinayət faktı var idi. Hadisədən sonra bacım gəlmişdi yanıma. Utandığımdan başımı aşağı salmışdım. İçki adamı bədbaxt edir".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub