Xəbər verdiyimiz kimi, ötən gün Lerik rayonunda qar uçqunu nəticəsində bir ev çöküb.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, uçqun nəticəsində həlak olanlar arasında "Xəzər" televiziyasının "Ənənə boxçası" verilişinin aparıcısı Leyla Mustafayevanın bibisi də var.
Qeyd edək ki, Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə qar yığınının düşməsi nəticəsində ev sahibinin həyat yoldaşı, 1961-ci il təvəllüdlü Şövkət Mustafayeva, gəlini, 1994-cü il təvəllüdlü İlahə Mustafayeva, nəvələri - 2015-ci il təvəllüdlü Zəhra Qasım qızı Mustafayeva və 2016-cı il təvəllüdlü Uğur Qasım oğlu Mustafayev ölüb.
Hadisə baş verən anda evdə 6 nəfərin olduğu, onlardan ikisinin xilas edildiyi bildirilir.