Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında baş vermiş yanğında tüstüdən zəhərlənələr arasında təcili tibbi yardımın tibb bacısı və polis əməkdaşı da var.
Mynews.az APA-ya istinadən xəbər verir ki, onlar - tibb bacısı, 27 yaşlı Həsənova Mətanət İsrafil qızı və 23 yaşlı polis əməkdaşı Heydərli Bəhruz Bayram oğludur.
Tüstüdən zəhərlənən 9 nəfərdən 6-na tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 3 nəfərin müalicəsi Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsində davam etdirilir.
12.01
Xırdalanda yaşayış binasında yanğın olub.
FHN-dən Mynews.az-a verilən məlumata görə, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsi, 26-cı məhəllə ərazisində qeydə alınıb.
Çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində şaxtada baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Xilasedicilər 30 nəfər bina sakinini təxliyyə edib.
Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.
1
“Neftçi” “Kəpəz”ə qalib gəldi
1079 dəfə oxunub
2
Sudanda 3 gün ərzində 6 mindən çox insan öldürüldü
1067 dəfə oxunub
3
İmtahan cavabları nə zaman açıqlanacaq?
1065 dəfə oxunub
4
“Qarabağ” – “Nyukasl” matçının hakimləri açıqlandı
1017 dəfə oxunub
5
Gəncədə tələbə qızlar dəm qazından zəhərləndi
1007 dəfə oxunub