ABŞ-da davam edən məhkəmə işində şahid olaraq dindirilən biznesmen Rza Zərrabın “ARE Aviasiya” şirkətinə aid biznes təyyarəsi İstanbul Atatürk hava limanında müsadirə edilib.
Mynews.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, bu barədə Doğan agentliyi yazır.
MNG bazasında olan “Challenger 300” tipli təyyarə axırıncı dəfə 30 noyabrda uçub.
İstanbul Baş Prokurorluğunda açılan istintaq çərçivəsində dekabrın 1-də Rza Zərrab və yaxınlarının əmlaklarının müsadirə edilməsinə qərar verilib. Qərarda “Türkiyə Respublikasının təhlükəsizliyi, daxili və ya xarici siyasi mənfəətləri baxımından gizli qalması lazım olan məlumatları xarici dövlət lehinə siyasi və hərbi casusluq məqsədilə təmin edildiyi” qeyd olunub.
İstanbul Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər Bürosunda Zərrab və yaxınları barədə istintaq başlanıb. Bu istintaq çərçivəsində Zərrabın bacısının əri Bəhram Orominin ailə şirkəti olan NAB Holdinqin icraçı direktoru Omid Orominin də aktivlərinə həbs qoyulub. Bu holdinq Azərbaycanın maliyyə sektorunda iştirak edir, “Bank of Baku”nun nəzarət səhm paketinin mülkiyyətçisidir.
Zərrab hazırda Nyu-York məhkəməsində İrana qarşı sanksiyaların pozulması işi üzrə ifadə verir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub