Sumqayıtda bir neçə mikroavtobusun ehtiyat hissələri və avadanlıqları oğurlanıb.
Mynews.az xezerxeber.az-a istinadən xəbər verir ki, naməlum şəxslər gecə saatlarında 40-a yaxın maşından oğurluq ediblər.
Təkərləri açılıb, şüşələri çıxarılıb və bəzi ehtiyat hissələri oğurlanıb. Sumqayıtda bir neçə mikroavtobus oğruların hədəfinə çevrilib.
Naməlum şəxs və ya şəxslər gecə saatlarında həyətlərə gələrək mikroavtobusların avadanlıq və ehtiyat hissəslərini oğurlayıblar.
Bu hadisə şəhərin müxtəlif istiqamətlərində və ayrı-ayrı saatlarda baş verib.
Zərərçəkmişlərin sözlərinə görə, bu hall tez-tez baş verdiyindən onlar maşınlarını harada saxlayacaqlarını bilmirlər. Hadisə əsasən gecə saatlarında törədildiyindən onlar bundan yalnız səhər işə gedəndə xəbər tuturlar.
Ümumilikdə 40-a yaxın mikroavtobusa ziyan dəyib. Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib. Hazırda fakt üzrə zəruri əməliyyat istintaq tədbirləri həyata keçirilir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub