Ötən gecə Şəki rayonunda baş vermiş dəhşətli qəzada ölən 4 nəfərin şəxsiyyəti müəyyənləşib.
Mynews.az Lent.az-a istinadən məlumatına görə, Yevlax-Zaqatala-Gürcustan sərhədi magistral yolunda "Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində Rusiya Federasiya vətəndaşları 1962-ci il təvəllüdlü Olqa Lesnikova, 1972-ci il təvəllüdlü Oksana Maskolnikova, 1959-cu il təvəllüdlü Şamil Mehdiyev və 1949-cu ildə anadan olmuş Rafael Qasımov vəfat edib. 1996-cı il təvəllüdlü Murad Bağırov, 1992-ci il təvəllüdlü Elvin Qasımlı, 1963-cü il təvəllüdlü İsa Abbasov və Rəşad Aslanlı isə Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır və orta-ağır olduğu bildirilir.
Bildirilir ki, qəzada ölən qadınlar Rusiya Federasiyasından Azərbaycana qonaq gəlibmiş. Onların ikisi də ixtisasca həkimdir. Digər ölən iki nəfər isə əslən Şəmkir rayonundandır və uzun müddət Rusiyada yaşayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub