Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Mynews.az xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, "Mercedes" markalı minik avtomobili qarşıda gedən "KaMAZ" markalı yük maşınının arxa hissəsinə çırpılıb. Nəticədə avtomobildə olan Bakı şəhər sakinləri - 29 yaşlı Fuad Mirzə oğlu Hüseynov və onun həyat yoldaşı, 22 yaşlı Pərvanə Elxan qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (report)
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub