Bakıda ata və oğlunun güllələnməsi ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, əslən Göyçay rayonundan olan Vüsal Tanrıverdiyevin yeznəsini və onun atasını ailə münaqişəsi zəminində güllələdiyi məlum olub.
Bildirilir ki, Vüsalın bacısı bir müddət əvvəl əslən Gədəbəydən olan Anar Rəsulovla ailə həyatı qurub. Zaman keçdikcə ailədə münaqişələr yaranıb. Nəhayət qadın ata evinə qayıdıb. O, ərinin və ailəsinin xoşagəlməz hərəkətləri barəsində danışıb. Bundan əsəbiləşən Vüsal Tanrıverdiyev tüfəng götürərək, yeznəsinin Ramana qəsəbəsindəki evinə gəlib.
O, qapını döyərək Anarı çağırıb. Lakin qarşı tərəf qapını açmayıb. Bunu görən Vüsal pəncərədən evin içinə atəş açıb. Nəticədə Anar Rəsulov və atası müxtəlif dərəcəli xəsarətlər alıb. Hər iki şəxs 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. V.Tanrıverdiyev tutulub.
***
Bakıda güllələnmə hadisəsi baş verib.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb. Suraxanı rayonu, Bülbülə qəsəbə sakini Vüsal Tufan oğlu Tanrıverdiyev Ramana qəsəbəsində bacısının həyat yoldaşının yaşadığı evə gəlib.
V.Tanrıverdiyev həmin evdə yeznəsi Anar Vaqif oğlu Rəsulov və onun atası Vaqif Rəsulova ov tüfəngi ilə atəş açaraq öldürməyə cəhd edib.
Hadisə nəticəsində ata və oğul güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.