Müğənni Fədayə Laçının istintaq dövründə ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət ediləcək.
Mynews.az xəbər verir ki, bu barədə AzVision.az-a F.Laçının vəkili Türkel Süleymanlı deyib. Onun sözlərinə görə, müraciətə hansı cavabın veriləcəyi bu həftə bilinəcək.
“Ev dustaqlığına buraxılması ilə bağlı müraciətə müsbət cavab verilib-verilməyəcəyini bilmirik. Biz cavabın nə olacağını bilməsək də, müraciət edəcəyik. Hazırda Fədayə xanımın vəziyyəti normaldır, səhhəti qaydasındadır”.
Qeyd edək ki, müğənni F.Laçın oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub