Azərbaycanın fəlsəfə ictimaiyyətinə ağır itki üz verib.
Mynews.az media24.az-a istinadla bildirir ki, fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi, Böyük Vətən Müharibəsi veteranı, filosof, prezident təqaüdçüsü Fərrux Fətulla oğlu Ramazanov ötən gün 95 yaşında dünyasını dəyişib.
F.Ramazanov tanınmış müğənni Leyla Ramazanlının babası idi. İfaçı Facebook sosial şəbəkəsində babasının ölümü ilə bağlı öz kədərini paylaşıb:
"Bu gün görkəmli elm xadimi filosof, prezident təqaüdçüsü həyatını elmə həsr edən, Azərbaycanda fəlsəfə elminin inkişafında əvəzsiz xidmətləri olan sevimli babamız Fərrux Ramazanov dünyasını dəyişdi. Böyük bir nəslin nümayəndəsi olan babam şərəf və ləyaqətlə yaşadı. O, atam Nurəddin Ramazanovun şəhid olmasını oğul itkisinin acısını yaşadı. Bütün bunlara baxmayaraq, uzun illərdir bizə, nəvələrinə ata sevgisi yaşatdı. Allah nəcib, ləyaqətli, humanist, alicənab babama allah rəhmət eləsin. Bu itki ailəmiz üçün çox ağır oldu. Çünki atamızın ətrini ondan alırdıq. Həmişə ürəyimizdəsən, baba. Allah sənə rəhmət eləsin".
Qeyd edək ki, F.Ramazanov 50 ildən çox müddət ərzində AzTU-nun Fəlsəfə və politologiya kafedrasına rəhbərlik edib və yüzlərlə alim yetişdirib.

1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub