Ötən gecə Bakıda baş vermiş yanğın nəticəsində ölən Zeynal Səfərovla bağlı maraqlı faktlar üzə çıxıb.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, dekabrın 11-də, saat 21:00 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi ev 93-ün zirzəmisində baş vermiş yanğının elə Zeynal Səfərov tərəfindən törədildiyi məlum olub.
Belə ki, binanın zirzəmisində yaşayan və qızınmaq üçün gecələr ocaq qalayan Z.Səfərov spirtli içkinin təsiri ilə yuxuya gedib. Daha sonra yanğın ətrafdakı məişət tullantılarına keçib və alovun miqyası böyüyüb. Zirzəmini tüstü basdığından Z.Səfərov oranı tərk edə bilməyib və boğularaq ölüb.
Zeynal Səfərov 1964-cü ildə Culfa rayonunda anadan olub. Bir neçə il əvvəl onda psixoloji problemlər yaranıb. Ailəsi Zeynalı ruhi-əsəb xəstəxanasına yerləşdirməyə çalışsa da, o, imtina edib və evi tərk edib. Bundan sonra küçələrdə, parklarda və zirzəmilərdə yaşayan Zeynal Səfərov xeyli vaxt imiş ki, Qaraçuxurdakı binalardan birinin zirzəmisində məskunlaşıbmış.
Qeyd edək ki, Z.Səfərov zarafatcıl, xoş xasiyyətli olduğundan insanlar ona qayğı ilə yanaşırmış. Zeynalı danışdıraraq videolarını çəkən şəxslər həmin görüntüləri “Youtube”da paylaşıb.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub