USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Evə gec gələn bacısını öldürdü "Oğlumun psixoloji problemləri var"

Bacısını öldürən şəxs hakim qarşısına çıxarılıb.

19:27 12.12.2017
Evə gec gələn bacısını öldürdü "Oğlumun psixoloji problemləri var"
19:27 12.12.2017

Ata qətl törədən oğlunun psixoloji problemlərinon olduğunu deyir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Məsimov Anar Akif oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Anar Məsimovun atası Akif Məsimov ifadə verib.

Akif Məsimov həmçinin qızı öldüyü üçün hüquqi varis kimi tanınıb.

O, oğlu ilə qızının tez-tez mübahisə etdiyini söyləyib. Oğlunun psixoloji probleminin olduğunu söyləyən ata hadisəyə səbəb kimi də bunu göstərib.

Qətli törətməkdə ittiham edilən Anar Məsimov isə ifadəsində bacısının evdən tez-tez getdiyini və buna görə də mübahisələrinin yarandığını deyib.

Məlumata görə, Anar Məsimov evə gec gəldiyi üçün bacısı Nigar Məsimova ilə mübahisə edib və onu bıçaqlayıb.

Hadisə Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi 21 ünvanında baş verib. Bakı şəhər sakini 31 yaşlı Anar Məsimov qısqanclıq zəminində bacısı 32 yaşlı Nigar Məsimovanı qətlə yetirib.

Məlumata görə, Nigar Məsimova kosmetika şirkətlərindən birində işləyirmiş. Anar bacısına işdən evə gec gəldiyinə görə xəbrdarlıq edib.

Növbəti dəfə isə irad bildirilərkən bacısı ilə mübahisə edib. Nigar Məsimovanın qardaşına kobud cavab verməsi Anar Məsimovu qəzəbləndirib. O, mətbəx bıçağı ilə bacısına bir neçə zərbə vuraraq onu qətlə yetirib.

Hadisədən sonra evi tərk edən Anar Məsimov Yasamal rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.


Xəbər lenti

300x200r