Bazar günü səhər İsrail KİV-i Petax-Tikva şəhərində odlu silahın tətbiq olunduğu hadisə haqda xəbər yayıb. Mynews.az virtualaz.org-a istinadən xəbər verir ki, İsrail polisi mətbuat xidmətinin hadisə ilə bağlı məlumatında deyilir ki, təxminən saat 7-də polisə Bentsion Qalis küçəsindəki ticarət mərkəzində atışma haqda informasiya daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları oradakı mühafizəçini yaralı halda aşkarlayıblar.
İlkin araşdırmanın nəticələrindən məlum olub ki, zərərçəkən təxminən 30 yaşı olan Azərbaycan vətəndaşıdır. O, İsraildə daimi yaşamaq statusuna malikdir, ancaq silah gəzdirməyə hüququ yoxdur. Polis bildirir ki, zərərçəkmiş hələ müəyyən edilməmiş yolla başqa mühafizəçinin silahını əldə edib.
Zərərçəkənə ilk tibbi yardım göstərilib və o, "Beylinson" xəstəxanasına çatdırılıb. Silahın sahibi dindirilmək üçün saxlanılıb. Araşdırma davam edir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub