USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Qripə qarşı peyvənd lazımdırmı?

11:10 13.12.2017
Qripə qarşı peyvənd lazımdırmı?
11:10 13.12.2017

Türkiyə və Rusiyadan fərqli olaraq, Azərbaycanda qrip əleyhinə peyvənd işi dövlət tərəfindən aparılmır. Buna görə poliklinikalarda qrip əleyhinə peyvənd yoxdur. Əgər kimsə uşağına qripə qarşı peyvənd vurdurmaq istəsə, özəl klinikalara müraciət etməlidir.

Mynews.az bilsirir ki , Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev açıqlamasında bildirib ki, bəzi ölkələrdə qripə qarşı aparılan peyvənd prosesi profilaktik tədbirdir: “Qriplə bağlı problem bütün dünyada yaşanır. Çünki qrip virusuna qarşı daimi immunitet yaratmaq qeyri-mümkündür. Bunun üçün insanlar  hər il peyvənd olunmalıdırlar. Lakin qripə qarşı peyvənd olunmaq problemi həll etmək demək deyil. Çünki bu virusların ən qorxulu cəhəti odur ki, onlar çox sürətlə mutasiya dəyişkənliyinə uğrayırlar. Viruslar bütöv hüceyrə deyillər, zülal hissəcikləridir. 1-2 amin turşusunun yeri dəyişərkən artıq virusun başqa ştammı yaranır. Yəni bunları nəzərə alsaq, hər il yeni peyvənd növü tətbiq olunmalıdır.

Bu səbəbdən də Azərbaycan dövlət proqramı səviyyəsində kütləvi sürətdə peyvəndetməni tətbiq edə bilmir. 

Digər problem ondan ibarətdir ki, qrip, paraqrip və virusların minlərlə ştammı var. Lakin hazırda istifadə olunan mövcud peyvəndlər 2-3 qrip virusu ştammına – a, b, c-yə qarşı tətbiq edilir. Bu il də virusun hansı növünün – renovirus, şadenovirus, paraqrip, yaxud qrip olacağını öncədən bilmək olmur. Peyvəndlər isə ancaq qeyd etdiyimiz klassik ştamlara qarşı tətbiq olunur. 

Əksər ölkələrdə qripə qarşı dövlət xətti ilə peyvənd tətbiq edilmir. Lakin istəyən şəxs fərdi sürətdə, ödənişli əsasla peyvənd vurdura bilər. Bu proses xarici ölkəyə səfər planlaşdırılarkən daha effektli olur. Belə ki, həmin ölkədə hazırda hansı qrip ştammının aktiv olduğunu öncədən bilməklə, ona qarşı peyvənd elətdirib səfərə yollanmaq olar”, - deyə N.Quliyev qeyd edib.  

“Hansı yaşda uşaqlara qrip peyvəndi vurula bilər?” sualına cavab olaraq professor bildirib ki, istənilən yaşdan peyvənd etdirmək olar. 

“Buna baxmayaraq, bu prosesə, adətən, 6 ay, 1 yaşdan sonra başlayırlar. Çünki 5-6 ay ərzində uşaqlarda anadangəlmə immunitet olur”, - deyə N.Quliyev bildirib.

Professorun sözlərinə əsasən, hal-hazırda dünyada peyvənd texnologiyası son dərəcədə təkmilləşdiyi üçün peyvəndə qarşı əks göstəriş yox səviyyəsindədir. 

“Lakin bəzi xəstəliklər zamanı, məsələn, onkoloji xəstəliklər, qazanılmış immun çatışmazlığı, açıq formalı vərəm müşahidə edilən hallarda tətbiq edilmir. Qalan hallarda peyvəndə əks göstəriş yoxdur”, - deyə N.Quliyev qeyd edib. 


Xəbər lenti

300x200r