Azərbaycanda yol terroru can almaqda davam edir. İlin son ayında baş verən qəzalarda ölən və yaralananların statistikası narahatlıq üçün əsas verir.
Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, dekabr ayının ilk 10 günündə qəza qurbanı olanların sayı araşdırılıb. Rəsmi məlumatlardan ortaya çıxan nəticə budur ki, bu günlər ərzində 94 nəfər qəzaya düşüb.
Onlardan 32 nəfəri vəfat edib, 62 nəfəri isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Həyatını itirənlərin 15 nəfəri piyada, 17 nəfər isə avtomobillərin toqquşmasının qurbanı olub.
Ən dəhşətli hadisə dekabrın 5-də baş verib. Bir gün ərzində 9 nəfər dünyasını dəyişib. Həmin gün qəzaya düşənlərdən yaralanaraq canını sağ qurtaran olmayıb. Dekabrın 9-da və 19-da hər gün 5 nəfər vəfat edib. Bu iki gün ərzində 17 nəfər xəsarət alıb.
Ən çox xəsarət alanların qeydə alınması isə dekabrın 7-dəki qəzalarda olub. Həmin gün 8 qəzada 14 nəfər yaralanıb, 5 nəfər ölüb.
Bu statistik aralıqdan bir gün öncə də yol terroru 4 nəfərin həyatına son qoyub. Noyabrın 30-dakı 5 qəzada 7 nəfər xəsarət alıb.
Bu 10 gün üçün açıqlananlar rəqəm olsa da, reallıqda 50-dən çox ailənin faciəsidir. Lakin bu “qətl”lərin ən ilkin səbəbləri, günə təxminən 10 nəfərin qurban olmasının qarşısını kimin alacağı, “təhlükənin qarşısını almaq üçün mümkün tədbirlər görməyən” sürücülərdən başqa kimlərin məsuliyyət daşımalı olduğu bəlli deyil.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub