"Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilov barəsində olan cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, cinayət işi yaxın günlərdə baxılmaq üçün məhkəməyə göndəriləcək.
Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də, rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olub, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.
1
Sosial mediada qadın sürücü ilə bağlı yayılan görüntülərə RƏSMİ CAVAB
389 dəfə oxunub
2
İlham Əliyev fərman imzaladı
369 dəfə oxunub
3
Qəzada həlak olan dostlar yan-yana torpağa tapşırıldılar: "Ailə məhv oldu" - VİDEO
366 dəfə oxunub
4
Şirvanda hamamda yıxılan şəxs xəstəxanada ölüb
348 dəfə oxunub
5
Şirvanda hamamda yıxılan şəxs xəstəxanada ölüb
340 dəfə oxunub