Həbsdə olan müğənni Fədayə Laçın Nəsimi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.
Mynews.az xəbər verir ki, bu barədə Trend-ə F.Laçının vəkili Türkel Süleymanlı deyib.
Vəkil bildirib ki, şikayətdə Nəsimi rayon Məhkəməsinin qərarının ləğv edilməsi və Fədayə Laçının istintaq dövründə ev dustaqlığına buraxılması göstərilib: "Hələlik Nəsimi rayon Məhkəməsinin qərarını almamışam. Amma artıq apellyasiya şikayətini vermişəm. Qərarı alandan sonra da şikayəti genişləndirəcəyəm. Şikayət məhkəməyə təqdim olunub".
Xatırladaq ki, Fədayə Laçın istintaq dövründə azadlıqda qalması üçün Nəsimi rayon Məhəkəməsinə müraciət etmişdi. Məhkəmə müraciətə baxsa da, təmin etməyib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub