Məhəmmədidə minlərlə ev su altında, sakinlər küçədə gecələyir - FOTOLAR

787

“Abşeron rayonu, Məhəmmədi kəndində yüzlərlə ev su altında qalıb. Bəzi sakinlər günlərdir evinə girə bilmir. Hətta uzun çəkmələrlə belə rahat hərəkət etmək mümkün deyil”.
 
Virtualaz.org saytının redaksiyasına daxil olan bu müraciətdən sonra Məhəmmədi kəndinə üz tuturuq. Kanalizasiya sisteminin olmaması və qrunt sularının toplanması nəticəsində hektarlarla ərazidə yaranan çirkab su magistral yolu da bağlayıb. Bir neçə kafe, mağaza və restoranın qapısı qıfıllanıb.
 
Sakinlər deyirlər ki, xüsusilə Həsən Əliyev küçəsində yaşayanların həyatı təhlükədədir. “2007-ci ildən bu kənddə yaşayıram. Əvvəllər kiçik bir ərazidə gölməçə vardı, onu da nasosla qurudurduq. Son 2-3 ildə minlərlə ev tikilib, kanalizasiya bura axıdılır. Buna görə də, vəziyyət dözülməz hala gəlib, baxın, göl yaranıb”, - kənd sakini Əli Ağayev deyir.
 
Gölməçənin yaxınlığındakı evlər su altındadır. Dekabrda yağan yığışdan sonra evlərini tərk edənlər əşyalarını belə götürə bilməyiblər.
 
Sakinlərin sözlərinə görə, suyun çəkilməsi avqustun ortalarınadək çəkə bilər. “Buranın qurudulması üçün 1 ay gecə-gündüz nasosla su çəkmək lazımdır. Çəkilən çirkab hara axıdılacaq? Yaxınlıqda yaşayanlar ya kirayə ev tutublar, ya da qohumlarının evində qalırlar. Bu ərazidə ev alan da yoxdur, görürsünüz, hər iki evdən biri satışa çıxarılıb”, - Əli su altında qalan evləri göstərir.
 
Mindən çox evin zirzəmisi su ilə doludur. Bir az irəlidə üfunət iyi çox kəskindir, kanalizasiyanın tör-töküntüsü küçəyə yayılıb. Amma təkcə həyət evlərində yaşayanlar problemlə üzləşməyiblər. Yaxınlıqdakı çoxmərtəbəli 3 binanın da həyəti su içindədir. Üstəlik nə bina, nə də fərdi evlərin yaxınlığında zibil qutuları qoyulmayıb. Heyvan içalatından tutmuş, məişət tullantılarınadək - zibil küçəyə atılıb. Suyun üstündə ərzaq qalıqları üzür.
 
Sakinlərdən biri - Nəsibə xanım deyir ki, yağışdan sonra suyun hündürlüyü yarım metrdən çox olur. Yağış vurur, evlərdə ayaqyolu üçün qazılmış quyulardan çıxan çirkabı küçəboyu axıdır. Bəzən uzunboğaz çəkmə də işə yaramır.
 
Sakinlər onu da deyirlər ki, problem kanalizasiya xətti çəkilməsi ilə həllini tapa bilər. Lakin sonuncu dəfə 1 il əvvəl əraziyə baxış keçirən qurumlrın nümayəndələri kanalizasiya üçün vəsait olmadığını deyiblər. “Dedilər ki, bu, sakinlərin gücü ilə həll olunacaq məsələ deyil. Ən azı 4-5 milyon manat lazımdır. Biz də ümidimizi üzmüşük. İmkanı olan köçüb canını qurtarır. Olmayan da taleyi ilə barışıb”, - şikayətçilərdən biri söyləyir.
 
Sakinlərin dediyinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yağış yağandan sonra su altında qalan evlərin sakinlərini xilas edirlər. “Bütün dövlət qurumlarına şikayət etmişik, problemə diqqət cəlb etmək üçün yolu bağlamaq istəmişik. Amma nəticəsi olmayıb”, - Saleh adlı sakin əlavə edir.
 
Yol bərbad vəziyyətdə olduğundan, avtobus magistral yola qədər işləyir. Buna görə də, yağış yağanda uşaqlar dərsə gedə bilmirlər.
 
“Deyirlər ki, ev tikdirəndə vəziyyəti nəzərə alardınız. Hər kəs cibinə uyğun ev axtarır. Maklerlərin toruna ancaq bizim kimi kasıblar düşür”, - Əli sözlərinə əlavə edir.
 
Bəzi ərazilərdə beton bəndlər çəkilib, lakin su bəndi də dağıdıb. Evlərdən körpə səsləri gəlir, yalnız onda çirkab su ilə dolmuş, üfunət qoxan evlərdə yaşayışın olduğunu hiss edirsən.
 
Qaynarinfo.Az
 
Xəbər lenti