Bakının Xəzər rayonu Binə qəsəbəsində intihara cəhdin qarşısı alınıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, Əli İsazadə küçəsi, 1 ünvanında yerləşən beşmərtəbəli binanın damına qalxaraq, intihar etmək niyyətini nümayiş etdirən qəsəbə sakini Сavid Sadiqov bıçaqla özünə xəsarət yetirib.
Damda olan polis əməkdaşları və FHN xilasediciləri həmin an onu saxlayaraq aşağı endiriblər. O, hadisə yerinə cəlb edilən həkimlərə təhvil verilib. Sərxoş vəziyyətdə olan 23 yaşlı С.Sadiqov dərhal xəstəxanaya çatdırılıb.
Məlumata görə, onun Emin adlı 17 yaşlı qardaşı özünü mayın 21-də binanın damından ataraq intihar edib. İntiharın istintaqı ilə bağlı narazılığını bildirən C. Sadiqovun sərxoş olduğu bildirilir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub